PDF Oxu

Siyasət

  • 18

Azərbaycan Banqkokda keçiriləcək Asiya Nəqliyyat Nazirlərinin Forumunda təmsil olunacaqdır

Azərbaycan Banqkokda keçiriləcək Asiya Nəqliyyat Nazirlərinin Forumunda təmsil olunacaqdır

Noyabrın 4-dən 8-dək BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) təşkilatçılığı ilə Asiya Nəqliyyat Nazirlərinin Forumu keçiriləcəkdir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Tailand Krallığının paytaxtı Banqkokda keçiriləcək forumda Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi də təmsil olunacaqdır.

Forumda sözügedən quruma üzv dövlətlər tərəfindən nəqliyyat sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər, ümumiyyətlə, bu sahənin inkişafına dair çıxışların dinlənilməsi planlaşdırılmışdır.

Bundan əlavə, forumun proqramına Asiya və Sakit okean regionunda nəqliyyatın inkişafı üzrə Regional Fəaliyyət Proqramının icrası məsələlərinin müzakirəsi də daxil edilmişdir.

yap.org.az

Digər xəbərlər