Bu Forum dünya humanitar müstəvisində böyük və mühüm hadisədir.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar demişdir.
Y.Pivovar Forumun Azərbaycan və Rusiya prezidentlərinin dəstəyi ilə həyata keçirildiyini demişdir. Tədbirdə Rusiyanın çox böyük nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayan rusiyalı qonaq bunu ölkəsinin Forumda maraqlı olduğunun sübutu kimi dəyərləndirmişdir.
yap.org.az