PDF Oxu

Siyasət

  • 34

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi bu qurumun Təhlükəsizlik Şurasının sədri qismində Somalinin Baş nazirinin müavini ilə görüşmüşdür

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi bu qurumun Təhlükəsizlik Şurasının sədri qismində Somalinin Baş nazirinin müavini ilə görüşmüşdür

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının sədri qismində Somalinin Baş nazirinin müavini və xarici işlər naziri xanım Fovziya Yusuf Hazı Adam ilə görüşmüşdür.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, görüşdə Somalidə sülh və təhlükəsizliyin bərqərar olunması, "Əl-Qaidə"nin bu ölkədəki qolu olan "Əl-Şəbaab" terror qruplaşması ilə uzun illərdir aparılan silahlı mübarizə şəraitində dövlətin aparıcı institutlarının yenidən qurulması məsələləri müzakirə edilmişdir.

Görüşdə Somali yaxınlığında dəniz quldurluğunun səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyətində BMT Təhlükəsizlik Şurasının roluna toxunulmuşdur.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə Somalidə vəziyyətlə bağlı brifinq və məsləhətləşmələr keçirilmişdir.

Brifinqdə BMT baş katibinin müavini C.Eliasson baş katibin BMT ilə Afrika İttifaqının Somaliyə dair həyata keçirdikləri birgə dəyərləndirmə missiyasının hesabatı və müvafiq tövsiyələri ilə bağlı Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubu, həmçinin Somalidə dəniz quldurluğu ilə bağlı hesabatını təqdim etmişdir.

Daha sonra Somalinin Baş nazirinin müavini və xarici işlər naziri xanım Fovziya Yusuf Hazı Adam çıxış etmişdir.

Brifinqindən sonra məsləhətləşmələr keçirilmişdir.

yap.org.az

Digər xəbərlər