PDF Oxu

Siyasət

  • 30

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri: “Multikulturalizm bugünkü həyatımızın reallığıdır”

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri: “Multikulturalizm bugünkü həyatımızın reallığıdır”

Multikulturalizm bugünkü həyatımızın reallığıdır. Bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük: Cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda təşkil olunan dəyirmi masada çıxışında demişdir.

İSESCO-nun baş direktoru bildirmişdir ki, bugünkü dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Dünyada qan tökülməsi dayandırılmalıdır. Hər kəs çalışmalıdır ki, dünyada sülh və sabitlik təmin edilsin. Bu gün dünyada çoxlu sayda məcburi köçkün və qaçqın vardır. Məhz elə bunları nəzərə alaraq, multikulturalizm təşviq edilməlidir.

yap.org.az

Digər xəbərlər