PDF Oxu

Siyasət

  • 32

AŞPA-nın fəxri prezidenti: "Hesab edirəm ki, bizə beynəlxalq əməkdaşlıq lazımdır"

AŞPA-nın fəxri prezidenti: "Hesab edirəm ki, bizə beynəlxalq əməkdaşlıq lazımdır"

II Bakı Humanitar Forumunun ikinci günündə "Davamlı İnkişaf və ekoloji sivilizasiya" mövzusunda təşkil olunan dəyirmi masa davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri açıq elan edərək deyib ki, burada 23 ölkədən 120 nümayəndə iştirak edir. Diqqətə çatdırılıb ki, dəyirmi masa üç sessiyadan ibarət olacaq.Urxan Ələkbərov III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışaraq, cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.Daha sonra Nobel mükafatçısı laureatı Robert Laughlin deyib ki, ekoloji problem hər kəsi düşündürür: "İnanıram ki, biz bu dəyirmi masada müəyyən irəliləyişlərə nail olacayıq. Mən həmçinin enerji sahəsində kommersiya fəaliyyəti ilə məşğulam. Təbiətlə bir yerdə yaşamaq, bütün bəşəriyyətin problemidir. Biz hər birimiz ekologiyaya təsir göstəririk. Bu, hətta gələcəyin problemi kimi də mövcud ola bilər".Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəxri prezidenti, moderator Rene Van Der Linden bildirib ki, insanların əksəriyyəti ekoloji problemə böyük təsir göstərir: "Hesab edirəm ki, bizə beynəlxalq əməkdaşlıq lazımdır. Biz Haiti və digər dövlətlərə nəzər yetirsək görərik ki, bu problem qabarıq şəkildə özünü göstərir. Burada insanları yetərincə məlumatlandırmalı və humanitar yardımla onları koordinasiya etməliyik. Bu fəlakət, hətta bir çox müharibələrlə bağlıdır".Sonra Siena univeristetinin rektoru Angelo Riccaboni söz alaraq deyib ki, burada əsas üç istiqamət- iqtisadi, sosial və ətraf mühit mühüm rola malikdir: "Bu üç istiqamət bir-biri ilə çox sıx bağlıdır. Hesab edirəm ki, burada biznes amili də xüsusi rol oynayır".Almaniyalı geoloq, ekoloq Michael Succow çıxışında Azərbaycanda olduğu zaman Ümummilli lider Heydər Əliyevlə görüşündə dahi şəxsiyyətin də Milli Parkların, qoruqların yaradılmasında maraqlı olmasını diqqətə çatdırıb: "Mən hələ xeyli müddət Azərbaycan gəlib Milli proqram yaratmaq istəyirdim. Azərbaycanda qoruqlar olsa da, onlar o qədər də inkişaf etməmişdi. Azərbaycanda 500-ə yaxın bitki növü mövcuddur. Hesab edirəm ki, dünyada hələ çox insan Azərbaycan barəsində öyrənəcək".

sia.az

Digər xəbərlər