PDF Oxu

Siyasət

  • 26

"Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkədir"

"Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkədir"

"Dünyanın çoxsaylı ölkələrindən yaradıcı insanları bir yerə toplayaraq belə bir Forumun keçirilməsi və burada iqtisadi, ekoloji, cəmiyyətin bütövlükdə fundamental məsələlərinin müzakirə edilməsi çox gözəl ideyadır. Dünyanın müxtəlif ölkələrindən olan insanların iştirak etdikləri beynəlxalq əhəmiyyətli tədbirdə son dərəcə aktual məsələlər müzakirə edilir. Bu da sülhün, qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına imkan yaradır. Həmçinin Forum iştirakçıları bir-birlərini daha yaxından tanıyır, müxtəlif ideyaları bölüşürlər". Bunu SİA-ya açıqlamasında III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, "MUNDO İnternational" jurnalının redaktoru Miquel Anqel Otero Tamayo tədbirin əhəmiyyətindən danışarkən deyib. Bakıya ikinci dəfə səfər etdiyini deyən Miquel Anqel Otero Tamayo burada yenidən olmağından məmnun qaldığını qeyd edib: "Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkədir. Burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları çox təqdirə layiq haldır".

sia.az

Digər xəbərlər