PDF Oxu

Siyasət

  • 22

Humanitar Forum dünya intellektual elitasını bir yerə toplamaq baxımından böyük əhəmiyyətə malikdir

Humanitar Forum dünya intellektual elitasını bir yerə toplamaq baxımından böyük əhəmiyyətə malikdir

Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasını bir yerə toplamaq baxımından böyük əhəmiyyətə malikdir. Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Ankara Universitetinin nümayəndəsi Seda Gökmen söyləyib.Forumun yüksək səviyyədə təşkil edildiyini deyən Seda Gökmen bildirib ki, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və ölkənin müsbət imicinin daha da artmasına imkan yaradır.Seda Gökmen diqqətə çatdırıb ki, Forumun çoxsaylı iştirakçıları dünyanı narahat edən məsələlər ətrafında maraqlı və geniş müzakirələr apardılar. Tədbir çərçivəsində keçirilən "dəyirmi masa"lar səmərəli diskussiyalarla yadda qaldı.Türkiyəli qonaq Bakının gözəlliyinin, Azərbaycan xalqının səmimiliyi və qonaqpərvərliyinin onda dərin təəssüratlar yaratdığını söyləyib.

sia.az

Digər xəbərlər