PDF Oxu

Siyasət

  • 19

“Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır”

“Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır”

"Gənclər Evləri – Gənclərin Ətraf Mühit Məslələrində İştirakını Gücləndirmək üçün Platformadır" layihəsi çərçivəsində Lənkəran Gənclər Evində Konfrans keçirilib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Lənkəran Gənclər Mərkəzində "Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır" adlı konfrans təşkil edilib.Konfransın əsas məqsədi 2012-ci ilin may ayından etibarən respublikanın Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarında həyata keçirilən "Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakını gücləndirmək üçün platformadır" adlı layihəsinin iştirakçılarını, yerli səviyyədə qərar qəbul edən rəsmiləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və görülmüş işlərin hesabatını verməkdən ibarətdir. Gənclər evlərinin potensialının gücləndirilməsi, idarəetmədə və qərar qəbulu proseslərində gənclərin rolunun effektiv artırılması haqqında fikir mubadiləsi aparmaq konfransın başlıca məqsədlərindəndir.Lənkəran Gənclər Mərkəzində keçirilən konfransda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nümayəndələri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələri, Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonları üzrə gəncləri, yerli Gənclər və İdman İdarələri, Lənkəran rayon və digər rayon icra hakimiyyəti nümayəndələri iştirak edib.31 oktyabr – 1 noyabr 2013-cü il tarixində Lənkəran Gənclər Mərkəzində keçirilən konfransda gənclərlə rəsmilər arasında bir sıra görüşlər keçirilib, regionun gələcək inkişafı ilə bağlı olaraq gənclər öz təkliflərini irəli sürüb. Gənclərin təklifləri böyük maraqla dinlənilib.Qeyd edək ki, layihə çərçivəsində bir çox fəaliyyətlər həyata keçirilmişdir: region gəncləri arasında qeyri-formal təhsil metodu üzrə ətraf mühitin qorunması mövzusunda təlimlər həyata keçirilmiş, region gəncləri arasında 25 nəfərlik gənclərdən ibarət ekologiya təşviqat qrupları yaradılmış və sonradan könüllü gənclərin müraciəti ilə qruplar say baxımından daha da genişlənmiş, regionlar arasında gənclərin iştirakı ilə 6.000 (altı min) nəfər gənc arasında sorğular həyata keçirilmiş, adı çəkilən regionların ucqar dağ kəndlərində gənclərə səyyar təlim qrupları tərəfindən ətraf mühit məsələləri üzrə 2 il müddətində 3000-dən çox gənc birbaşa və dolayı yolla təlimlər keçirilmiş, gənclərlə rayon icra hakimiyyəti nümayəndləri arasında görüşlər təşkil olunmuş və gənclərin təklifləri dinlənilmiş və gənclər tərəfindən gənclərin təşəbbüsü ilə son 2 (iki) ay ərzində 11 (on bir) kiçik həcmli layihə icra olunmuş və hal-hazırda icra olunmaqdadır.

sia.az

Digər xəbərlər