Noyabrın 3-də Heydər Əliyev Mərkəzinin səhnəsində Moskvanın "Helikon-Opera" Musiqili Teatrı artistlərinin ifasında İtaliya bəstəkarı Umberto Cordanonun "Sibir" operasının tamaşası göstərilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanı seyr etmişdir.
Bu səhnə əsəri iki gəncin çar Rusiyası dövründə Peterburqda başlayan və sürgündə faciəli şəkildə başa çatan məhəbbətindən bəhs edir.
Tamaşanın rejissoru Moskvanın "Helikon-Opera" Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmandır.
İki pərdəli "Sibir" operası Lev Tolstoyun "Dirilmə" romanı əsasında yaradılmışdır.
Tamaşanın premyerası 1903-cü il dekabrın 19-da Milanda La Skala teatrında olmuşdur.
yap.org.az