Dünyada Bakı Beynəlxalq Humanitar Forumu kimi platforma tapmaq mümkün deyildir.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş görkəmli qazax şairi və alimi, Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Oljas Süleymenov demişdir.
O.Süleymenov Bakı Beynəlxalq Humanitar Forumunun nadir sayılan bir xüsusiyyətini qeyd etmişdir. Bu xüsusiyyət ondan ibarətdir ki, Forumda bəşəriyyətin üzləşdiyi aktual iqtisadi, sosial, ekoloji və texnoloji problemlərin humanitar cəhətlərini fərqli mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan, lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirlər. Bu da onu göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz gələcək naminə qüvvə və imkanları birləşdirmək olar.
O.Süleymenov diqqətə çatdırmışdır ki, Forum Şərq ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin gələcəyi barədə diskussiyalar mərkəzinə çevrilir və tədricən dünyanın humanitar paytaxtı statusu qazanacaqdır.
yap.org.az