PDF Oxu

Siyasət

  • 16

Şəmsədin Hacıyev: Magistr təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verlməsi təklif olunur

Şəmsədin Hacıyev: Magistr təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verlməsi təklif olunur

"Elm haqqında" qanuna edilən təkliflərlə bağlı müəyyən işlər aparılır. Hazırda bu məsələlər üzərində iş davam edir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, ən çox edilən təkliflər magistr dərəcəsi alanların birdəfəlik hərbi xidmətdən azad olunması ilə bağlıdır. Təkliflər arasında eyni zamanda magistrlərin hərbi xidmətinin 6 ay müddətinə endirilməsi də var ki, birdəfəlik hərbi xidmətdən azad edilməyə adekvat olaraq layihənin müzakirəyə çıxarılmasında bu da nəzərdə tutulacaq.

Layihədə eyni zamanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələ də var. Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi və s. təkliflər daxildir. Qanun layihəsinə həmçinin elmi dərəcələrlə bağlı müavinətlərə yenidən baxılması, gənc alimlərin dünya elminə inteqrasiyası və s. məsələlərlə bağlı təkliflər də var. Ş.Hacıyev məsələnin parlamentin müzakirəsinə təqdim olunacağını qeyd edib.

yap,org.az

Digər xəbərlər