PDF Oxu

Siyasət

  • 47

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Gəncəyə səfəri çərçivəsində Göygöl rayonunda olmuşdur

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Gəncəyə səfəri çərçivəsində Göygöl rayonunda olmuşdur

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Gəncəyə səfər edən bir qrup iştirakçısı noyabrın 3-də Göygöl rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, yüksək qonaqpərvərliklə qarşılanan Forum iştirakçıları İkinci Dünya müharibəsindən əvvəl almanlar tərəfindən salınmış küçələrdə inşa olunmuş alman evlərinə baxmış, yerli sakinlərlə söhbət etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov qonaqlara məlumat vermişdir ki, bir əsrə yaxın yaşı olan bu evlər keçən il əsaslı şəkildə bərpa edilmiş, küçələrdə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.

Sonra qonaqlar 1857-ci ildə inşa edilmiş Lüteran kilsəsində olmuşlar. Bildirilmişdir ki, alman məbədi olan bu dini məkan da dövlətimizin diqqət və qayğısı sayəsində təmir edilmiş, ona ikinci həyat verilmişdir.

1860-cı ildə Forel qardaşları tərəfindən inşa edilən və hazırda şərab zavodu kimi fəaliyyət göstərən müəssisədə istehsal prosesi ilə yaxından tanış olan Forum iştirakçıları burada hazır məhsulların dadına baxmışlar.

Göygölə səfər qonaqlarda xoş təəssüratlar yaratmışdır.

AzərTAc

Digər xəbərlər