"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir addımın atılacağını gözləmirəm. Onlar bu dəfə də bölgəni gəzməyə gəliblər". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri artıq 20 ildən çoxdur ki, regionu gəzirlər, ancaq bir nəticə hasil olmayıb: "Bu səfərlər eyni formada davam etsə də, heç bir nəticə vermir. Növbəti səfərdən də hər hansı bir nəticə gözləmirəm".Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) Azərbaycana gəliblər. Vasitəçilər bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili müzakirə olunacaq və onlar bu gün Ermənistana yola düşəcəklər.
sia.az