Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) rəhbəri Gülsel Səfərova və təşkilatın fəalı Nigar Hüseynova 1-4 noyabr 2013 tarixində Avropanın Gənc Federalistləri Təşkilatının (JEF) təşkil etdiyi "Paris Avropa Konqresi 2013" adlı konqresdə iştirak ediblər. AGAT-dan SİA-ya verilən məlumata görə, konqres Fransanın paytaxtı Paris şəhərində keçirilib.Tədbir çərçivəsində AGAT Avropanın Gənc Federalistləri Təşkilatına üzvlük üçün namizədliyini irəli sürüb. Təqdimat çərçivəsində AGAT barədə videoçarx təqdim edilib. Təqdimatı konqres iştirakçıları və milli nümayəndələr maraqla qarşılayıblar. AGAT tam səs çoxluğu ilə ilkin mərhələdə üzvlüyə qəbul olub. Təşkilat Azərbaycanda JEF-in rəsmi nümayəmdəliyi kimi qeydiyyata alınıb.Qeyd edək ki, Avropanın Gənc Federalistləri Təşkilatı Avropanın 30 ölkəsində fəaliyyət göstərir. Hazırda Azərbaycandan bu qurumda təmsil olunan heç bir təşkilat yoxdur. Təşkilat Avropanın ictimai-siyasi proseslərində gənclərin iştirakı ilə aktiv rol oynayır.
sia.az