PDF Oxu

Siyasət

  • 19

“Hürriyet” qəzeti Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ Azərbaycanın “Şərəf” ordeni verilməsindən yazıb

“Hürriyet” qəzeti Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ Azərbaycanın “Şərəf” ordeni verilməsindən yazıb

Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti Prezident İlham Əliyevin Sərəncamı ilə qardaş ölkənin 9-cu Prezidenti Süleyman Dəmirəlin "Şərəf" ordeni ilə təltif olunmasından yazmışdır. "89 Nişanı" başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Şərəf" ordenini Süleyman Dəmirələ təqdim etməsi, dövlətimizin başçısının iki qardaş ölkə arasında əlaqələrin inkişafında Türkiyənin 9-cu Prezidentinin xidmətlərini qeyd etməsi yazılmışdır.

S.Dəmirəlin də Azərbaycan Prezidentinə dərin təşəkkürünü ifadə etdiyi vurğulanan məqalədə qeyd olunur ki, Türkiyənin keçmiş Prezidenti Azərbaycanın ümummilli lideri, yaxın dostu Heydər Əliyevin Fəxri xiyabandakı məzarını da ziyarət etmişdir. Ulu Öndərin ruhuna dualar oxuyan S.Dəmirəl xatirəsini əziz tutduğu dostu və qardaşının dövlətçilik əmanətinin etibarlı əllərdə olduğunu söyləmişdir.

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri,

İstanbul

Digər xəbərlər