PDF Oxu

Siyasət

  • 30

Helqa Daub: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə mühüm töhfələr verəcəkdir

Helqa Daub: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə mühüm töhfələr verəcəkdir

Beynəlxalq Humanitar Forum sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verəcəkdir. Belə tədbirlərin ənənə halı alması zəruridir.

Bu sözləri AzərTAc-a müsahibəsində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Almaniya Bundestaqının deputatı xanım Helqa Daub demişdir.

Bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfədir iştirak edir. Forumda müzakirə edilən məsələlər müvafiq sahələr üzrə problemlərin həllinə öz töhfəsini verəcəkdir.

Azərbaycanda ikinci dəfədir olduğunu deyən xanım Helqa Daub ölkəmiz barədə məlumatlı olduğunu söyləmişdir.

Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən almaniyalı qonaq beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla vurğulamışdır. Qeyd etmişdir ki, gənc müstəqil bir dövlətin belə möhtəşəm tədbirə ev sahibliyi etməsi böyük göstəricidir və Nobel mükafatçılarının iştirakı isə keçən diskussiyalar tədbiri daha da əhəmiyyətli etmişdir.

AzərTAc

Digər xəbərlər