"Müsavat Partiyasının daxilində olan insanlarla görüşəndə hiss etdim ki, onlar Qəmbərov İsanın xarici kəşfiyyata işlədiyinə əmindirlər". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyadan istefa verməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.Hafiz Hacıyevin sözlərinə görə, İsa Qəmbər Azərbaycanda müxalifətçilik missiyasını deyil, əksinə satqınçılıq missiyasını yerinə yetirir: "Hətta onun ətrafında olan insanlar da başa düşürlər ki, bu adam ancaq xəyanətlə məşğul olur. Onlar Əbülfəz Elçibəy komandasının güdaza verilməsində də məhz İsa Qəmbəri günahlandırıblar. Nə qədər ki satqın Qəmbərov İsa Müsavat Partiyasının başındadır, partiya və onun daxilində olanlar heç bir uğur əldə edə bilməyəcəklər. Təbii ki, burada da milli maraqları düşünən insanlar var".
sia.az