Məlum olduğu kimi, 2009-cu ildən noyabr ayının 9-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Bayraq günü" kimi qeyd edilir. Hər bir azərbaycanlı üçün böyük dəyər, qürur, eyni zamanda, ölkəmizin müstəqilliyinin və suverenliyinin atributu olan bayraqla əlaqədar respublikada müxtəlif səpkili tədbirlər keçirilir. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı da bu cür tədbirlərin keçirilməsindən kənarda qalmır.Belə ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının bir qrup gənci Heydər Əliyev adına Park-Bulvarda "Bayraq günü" münasibətilə flaşmob təşkil edib və həmin vaxt parkda olan cəmiyyətimizin bütün yaş və cins kateqoriyalarından olan insanlara Azərbaycan bayrağı hədiyyə ediblər.Flaşmobun keçirilməsində əsas məqsəd ondan ibarət olub ki, bir daha bayrağımıza olan hörməti, sevgini nümayiş etdirək və bütün dünyaya göstərək ki, bu gün Azərbaycanın üzərində dalğalanan üçrəngli bayrağımız bütün azərbaycanlılar üçün vazkeçilməz dəyərdir, qürurdur, mənlikdir.Flaşmob aksiyası zamanı gənclər 100-dən çox bayraq hədiyyə edib və insanları 9 noyabr "Bayraq günü" münasibətilə təbrik ediblər.
sia.az