"Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 12 faiz artırılacaq". Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, büdcədə səhiyyə xərcləri 14%, mədəniyyət və elm sahəsinə ayrılan xərclər 15% artırılacaq. Onun sözlərinə görə, 2013-cü ildə təhsil sahəsinə xərclər 1,475 mlrd. manat təşkil edirdisə, gələn ilin büdcəsində bu rəqəm 1,653 mlrd. manata qədər artırılacaq.
"Bu da gələn il təhsilin səviyyəsinin artırılmasına imkan verəcək. Gələn il büdcə xərclərinin isə əvvəlki səviyyədə – ÜDM-in 34,8% həddində saxlanılması nəzərdə tutulub. Büdcə kəsiri bir qədər yüksək götürülüb və 1,678 mlrd. manat olması nəzərdə tutulur ki, bu da o qədər böyük göstərici deyil. Bütün bunlar göstərir ki, gələn il üçün nəzərdə tutulan büdcə olduqca realdır və bunu yerinə yetirmək mümkündür"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az