PDF Oxu

Siyasət

  • 25

Samir Şərifov: Xaricdəki diplomatik korpuslarımız üçün gələn ilin büdcəsində 58 milyon manat nəzərdə tutulur

Samir Şərifov: Xaricdəki diplomatik korpuslarımız üçün gələn ilin büdcəsində 58 milyon manat nəzərdə tutulur

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən 57 səfirliyinin, 5 daimi nümayəndəliyinin, 9 baş konsulluğunun, ümumiyyətlə, 71 diplomatik korpusunun saxlannması üçün növbəti ilin büdcəsində 58 milyon manat vəsait nəzərdə tutulur. Bunu 2014-cü il büdcə layihəsinin Milli Məclisin 6 komitəsinin bugün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, Azərbaycanın üzv olduğu 95 beynəlxalq təşkilata, tərəfdar çıxdığı və qoşulduğu 9 konvensiyaya və 4 maliyyə qurumuna üzvlük haqlarının ödənilməsi üçün növbəti ilin büdcəsində 20 mln. manat, bütövlükdə isə 127 mln. manat nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər