PDF Oxu

Siyasət

  • 19

Bakıda Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 10-cu iclası keçirilib

Bakıda Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 10-cu iclası keçirilib

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərin Gömrük Xidməti rəhbərləri şurasının Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 10-cu iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.İclasın açılış mərasiminə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini - MDB üzv dövlətlərin Gömrük Xidməti rəhbərləri şurasının Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin sədri Aleksandr Vasilyev və digər məsul şəxslər qatılıblar.Tədbirdə ilk olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin işinin təşkili" mövzusunda təqdimat olub. Sonra iclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti rəhbərləri şurasının Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin məsul katibinin təyin edilməsi məsələsinə baxılıb, eləcə də sözügedən komitənin 9-cu iclasının qərarlarının və 2013-cü il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib.İclas zamanı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 23 may 2013-cü il tarixli qərarının və komitənin 2012-2014-cü illər üçün iş planının yerinə yetirilməsi haqqında işçi qrupunun hesabatı təqdim edilib.Bundan başqa, iclasda MDB-yə üzv dövlətlərin gömrük xidməti hüquq-mühafizə bölmələri əməkdaşlarının ixtisaslarının artırılması sahəsində əməkdaşlıq məsələlərinə dair Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 23 may 2013-cü il tarixli qərarının və komitənin 2012-2013-cü illər üçün iş planının icrası və prespektiv üçün vəzifələrin müəyyən edilməsi barədə işçi qrupun hesabatı da dinlənilib.Daha sonra iclasda Ümumdünya Gömrük Təşkilatının MDB üzv dövlətləriüzrə hüquq-mühafizə işi ilə bağlı Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2013-cü ildə fəaliyyəti və bu qurumun2014-cü il üçn iş planının qəbjl edilməsi barədə məsələlər nəzərdən keçirilib.Bununla yanaşı, iclas zamanı kinoloji fəaliyyət məsələləri barədə Hüquq-Mühafizə bölmələri başçıları komitəsinin 23 may 2013-cü il tarixli qərarının və komitənin 2013-2014-cü illərüçün iş planının yerinə yetirilməsinə dair işçi qrupun hesabatı dinlənilib və gö rük sahəsi də iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə işçi qrupunun əsasnaməsinin, tərkibinin və 2014-2015-ciillər üçün iş planının təsdiq edilmsi və digər məsələlərə baxılıb.

sia.az

Digər xəbərlər