"Ölkə başçısı tərəfindən partiyaların maliyyələşməsi üçün ayrılan vəsait dövlət başçısının partiyaların inkişafına diqqətinin göstəricisidir". Bu sözləri SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ölkə başçısının partiyaların maliyyələşməsinə ayırdığı vəsaitə münasibət bildirərkən deyib. O bildirib ki, ölkə başçısı tərəfindən atılan bu addım müsbət qiymətləndirilməlidir.Onun sözlərinə görə, partiyaların dövlət tərəfindən maliyyələşməsi ölkədə çoxpartiyalılıq sisteminin inkişafında mühüm rol oynayacaq: "Vəsait sayəsində partiyaların fəaliyyəti daha da inkişaf edəcək. Bu, mühüm bir addım idi. Düzdür, vəsait yalnız Parlamentdə təmsil olunan partiyalara aid edilsə də, gələcəkdə vəziyyət dəyişə bilər. Ümumilikdə isə ölkəmizdə belə bir mexanizmin yaradılması böyük əhəmiyyət kəsb edir".
sia.az