Azərbaycanın Yaponiyadakı səfirliyi və Yaponiya "World Investments TV" təşkilatının birgə səyləri nəticəsində yapon dilində "Azerbaijan Business Club" adı altında ölkəmiz haqqında internet saytı yaradılmışdır (http:azerbaijan.vc).
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, saytda Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən uğurlu layihələr və biznes imkanları barədə müfəssəl məlumatlar yerləşdirilmişdir.
yap.org.az