Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu məsələ yeni hazırlanacaq ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasına daxil ediləcək.
Həmin dəyişikliklərdə yeni yaradılacaq müasir peşə mərkəzlərinə şagird qəbulu şərtlərinin sərtləşdirilməsi planlaşdırılır. Məqsəd isə bu mərkəzlərə daha istedadlı və peşə təhsili almağa real həvəsi olanları cəlb etməkdir.
yap.org.az