Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Görüş zamanı avstraliyalı nazir Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirmiş və səfirliyin fəaliyyətinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulanıb.
yap.org.az