PDF Oxu

Siyasət

  • 31

İltimas Məmmədov: İKT sahəsi ölkəmizdə yüksək sürətlə inkişaf gedir

İltimas Məmmədov: İKT sahəsi ölkəmizdə yüksək sürətlə inkişaf gedir

"Həyata keçirilən layihələrdə məqsəd vətəndaşların telekomunikasiya xidmətlərindən rahat şəkildə istifadəsinə hesablanıb. Məlumdur ki, əgər illər öncə hansısa yeniliyin dünyanın hansısa nöqtəsinə çatması uzun zaman tələb olunurdusa, bu gün artıq yeni kəşf olunan texnika ilə çox qısa zamanda lazım olan yerə çatır". Bu fikirləri rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycan bu yöndə hər zaman həssas olub. Onun sözlərinə görə, bu gün artıq İKT sahəsi ölkəmizdə yüksək sürətlə inkişaf gedir.

"Biz müasit texnologiyadan rahat şəkildə istifadə edirik. Bu isə təbii ki, dövlətin vətəndaşa olan diqqət və qayğısının daha bir nümunəsidir. Yeni layihələr üzərində də işlər aparılır. Bu lahiyələr də bu sahəni daha da sürətləndirəcək. Burada məqsəd vətəndaşların rahat şəkildə telekomunikasiya sahəsində lazım olanlardan istifadəsi üçündür"- deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər