"III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti təkcə humanitar baxımından izah edilməməlidir. Azərbaycan üçün Forumun həm siyasi, həm də iqtisadi əhəmiyyəti böyükdür". Bu fikirləri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, III Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün ölkəmizin potensialının nümayişi, mədəniyyətlərarası, sivilizasiyalararası dilaloqun məkanı olması baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlər, mədəniyyətlər bir harmoniya şəklində yaşayır.
"Təbii ki, bütün bunlar çox vacib məsələlərdir. Hesab edirəm ki, 70-dən çox ölkənin təmsilçiləri - Nobel mükafatçıları, ziyalılar, alimlər, dövlət xadimləri Bakıya toplaşmaqla, ölkəmizin apardığı daxili və xarici siyasəti dəstəkləmiş oldular"- deyə, politoloq qeyd edib.
yap.org.az