"Ermənistanda günbəgün gərginləşən vəziyyət göz qabağındadır. Ermənistan xalqı proseslərdə nə qədər fəal və vaxtında iştirak edəcəksə, bu onlar üçün bir o qədər yaxşı olacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.Millət vəkili Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sonunda keçiriləcək görüşlərinə də münasibət bildirərək qeyd edib ki, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi həmişə danışıqlara mane olub: "Ancaq bu ilin sonunda dövlət başçıları arasında keçiriləcək görüş haqqında hansısa proqnoz vermək çətindir".Azərbaycanda siyasi partiyaların maliyyələşməsi ilə bağlı ən mütərəqqi qanunların olduğuna da toxunan millət vəkili Ü.Quliyev qeyd edib ki, müxalifət partiyalarının nə vəziyyətdə olduğunu hər kəs bilir, hansısa müxalifət partiyasının nə deməsindən asılı olmayaraq bütün addımlar qanun çərçivəsində aparılır".
sia.az