Noyabr ayının 7-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış etmişdir. İclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunmuşdur. YAP İdarə Heyətinin iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilmişdir.
İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında qərar qəbul olunmuşdur
yap.org.az