PDF Oxu

Siyasət

  • 23

ATƏT-in baş katibi: "Dondurulmuş" münaqişələrin həllində irəliləyiş var

ATƏT-in baş katibi: "Dondurulmuş" münaqişələrin həllində irəliləyiş var

ATƏT-in baş katibi Lamberto Zannier hesab edir ki, təşkilatın məsuliyyəti sahəsində "dondurulmuş" münaqişələrin nizamlanması prosesində müsbət dəyişikliklər baş verir. Trend-in məlumatına görə, bu barədə baş katib İTAR-TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılığın əldə edilməsi vacib addım oldu: "Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi üzərində çalışırıq. Ümid edirəm ki, bu görüş ilin sonunadək baş tutacaq".

yap.org.az

Digər xəbərlər