Türkiyə Böyük Millət Məclisi xarici əlaqələr komissiyasında deputatlar qarşısında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdırdan olan millət vəkili Sinan Oğanın Ermənistan ilə sərhədlərin açılmasına dair sualına cavabında demişdir ki, bu addım yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən sonra mümkündür.
Ə.Davudoğlu əlavə etmişdir ki, Ermənistan ilə münasibətlərin normallaşması üçün bizim əsas tələbimiz Dağlıq Qarabağın və işğal altında olan digər rayonların azad edilməsidir.
yap.org.az