PDF Oxu

Siyasət

  • 23

Musa Quliyev: “Partiyanın rayon təşkilatlarında yeni təsisatlar yaradıla bilər”

Musa Quliyev: “Partiyanın rayon təşkilatlarında yeni təsisatlar yaradıla bilər”

"Ölkənin ən qüdrətli siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) 600 mindən çox siyasi həmfikirini ətrafında birləşdirməklə Azərbaycan xalqının böyük əksəriyyətinin fikir və maraqlarını ifadə edir". Bunu SİA-ya Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.M.Quliyev bildirib ki. YAP qurulduğu gündən daima inkişafda olan və fəaliyyətini dah da aktivləşdirən partiya olub: "Partiyanın idarə heyətinin dünən qəbul etdiyi qərarlar, müxtəlif sahələr üzrə komissiyaların yaradılması və onlara partiyanın idarə heyətinin nüfuzlu üzvlərinin rəhbər təyin edilməsi partiyamızın cəmiyyət həyatında fəaliyyətini daha da aktivləşdirməyə xidmət edir. Bu komissiyaların yaradılması cəmiyyətdə problemlərin araşdırılması, hökumətin diqqətinə çatdırılması, ictimaiyyətlə hökumət arasında münasibətlərin səmimi əsaslar və qanun üzərində qurulmasına xidmət edəcək".Millət vəkili qeyd edib ki, yaradılan komissiyalara uyğun partiyanın rayon təşkilatlarında təsisatlar yaradıla bilər: "Bu komissiyaların yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və möhkəmlənməsində vətəndaş-hökumət münasibətlərinin daha sivil formada həyata keçirilməsinə öz töhfəsini verəcək".

sia.az

Digər xəbərlər