"Gələn ilin ilk 5 ayı ərzində Bakı Metropoliteninin "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyaları istifadəyə veriləcək. Bundan sonrakı 2 ildə isə digər 3 stansiya inşa olunacaq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq, mövcud xətlərin inkişafı da unudulmayıb: "Proqramın icra olunacağı müddətdə Yaşıl xəttin daha 3 stansiyasının inşası planlaşdırılıb. Hazırda şərti adı "Həzi Aslanov-2" olan stansiyanın, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır. Bir sözlə, qarşıdakı 3 ildə iki xətt üzrə, ən azı 8 stansiya istismara veriləcək".
sia.az