PDF Oxu

Siyasət

  • 40

Sədaqət Vəliyeva: “Bayrağımız müstəqilliyimizin və suverenliyimizin atributudur”

Sədaqət Vəliyeva: “Bayrağımız müstəqilliyimizin və suverenliyimizin atributudur”

"Bayrağımız müstəqilliyimizin və suverenliyimizin atributudur. Bayraq həmçinin, milli kimliyimizin, mədəniyətimizin və mənliyimizin simvoludur. Üçrəngli bayrağımız həm də öz yurdumuza hakimliyimizdir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Onun sözlərinə görə, üçrəngli bayrağımızın meydana gəlməsi uzun siyasi-ideoloji mübarizənin nəticəsidir: "Məlumdur ki, başda milli ideyanın və düşüncənin yaradıcıları olan maarifçi mütəfəkkirlərimiz olmaqla, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi 1918-ci ildə öz bəhrəsini vermişdi və həmin dövrdə də üçrəngli bayrağımız haqqında qərar qəbul edilmişdi. Lakin sonrakı proseslərə görə, üçrəngli bayrağımız 70 il sonra rəsmən qaldırıldı. Yəni, 1990-cı ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvanda rəsmən dövlət bayrağı kimi dalğalandırıldı".Sədaqət Vəliyeva dedi ki, ötən müddət ərzində Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik siyasi fəaliyyəti sayəsində üçrəngli bayrağımız bütün dünya ölkələri tərəfindən tanındı, qəbul edildi: "Hazırda da bayrağımız qlobal səviyyəli təşkilatlarda dalğalanır".Milli Məclisin deputatı xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildə 162 metr hündürlüyü olan bayraq sütununun və bayraq meydanının inşa edilməsi Azərbaycan xalqının bayrağına olan hörmətini və sevgisini nümayiş etdirdi.Xalqımızı Dövlət Bayraq Günü münasibətilə təbrik edən Sədaqət Vəliyeva bildirib ki, bundan sonra da hər bir azərbaycanlı vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, bayrağımızın əzm, sevgi və qürurla dalğalanmasına çalışmalıdır.

sia.az

Digər xəbərlər