"Rusiyada qeyri-millətlərə qarşı həyata keçirilən zorakı addımlar geosiyasi oyundur. Rusiya bu cür primitiv üsullarla kiçik dövlətlərə təzyiq etməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov bildirib.Onun sözlərinə görə, Rusiyada qeyri-millətlərə qarşı törədilən hadisələr məntiqi əsaslara söykənmir: "Bu, Rusiyanın öz maraqlarını təmin etmək üçün bu və ya digər dövlətlərə qarşı etdiyi təzyiq mexanizmlərindən biridir. Rusiya kiçik dövlətləri qorxuya salmaq istəyir. Ancaq nəticədə heç bir qeyri-millət Rusiyadan çıxarıla bilməz. Çünki belə olsa, Rusiya özü uduzacaq".Politoloq bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutacaq görüşə də münasibət bildirərək qeyd edib ki, Sarkisyanın qeyri-konstruktiv mövqeyi ucbatından növbəti görüşdə də qeyri-adi heç nə baş verməyəcək.Politoloq R.Məmmədov Gürcüstanda prezidentin dəyişməsindən sonra Azərbaycanla olan ikitərəfli əlaqələrin bundan sonra da stabil davam edəcəyini açıqlayıb.
sia.az