"Müsavat partiyasının gündəmində başqanlıq məsələsi olsa da, olmasa da, o partiyadan istefalar gözləniləndir. Bu da sözügedən partiyanın son 20 ildə bütün seçkilərdə uğursuzluğu ilə əlaqədardır". Bunu SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli bildirib.Onun sözlərinə görə, artıq bu kimi partiyaların funksionerləri özləri partiyalarının fəaliyyətlərinə, prestijinə, gələcəyinə inanmırlar: "Bu baxımdan proseslər parçalanma zəminində gedəcək. İsa Qəmbərin yerinə gələcək başqan partiyada yenidən islahatlar keçirsə, kadr dəyişiklikləri baş versə aydın məsələdir ki, İ.Qəmbərin yaxınları, qohumları partiyadan istefa edəcəklər".
sia.az