PDF Oxu

Siyasət

  • 29

YAP-ın Sədr müavini qanvermə aksiyasında iştirak edib

YAP-ın Sədr müavini qanvermə aksiyasında iştirak edib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və hakim partiyanın Gənclər Birliyi növbəti möhtəşəm humanitar aksiya həyata keçirib. SİA-nın məlumatına görə, bu layihələr həm partiya sıralarında olan, həm də digər gənclər üçün öz əhəmiyyəti ilə seçilir. Növbəti belə bir tədbir bu gün B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib. Burada yüzlərlə gənc qan verib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: "Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub". Qanvermə aksiyasında YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak ediblər.Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-dən çox gənc iştirak edib.

sia.az

Digər xəbərlər