Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayraq Meydanını ziyarət ediblər. SİA-nın məlumatına görə, YAP GB ofisinin rəhbəri Sərraf Balaxan gənclərə bu günlə bağlı məlumat verərək bildirib ki, fəal gənclərin Dövlət Bayrağı Meydanını ziyarət etməsi gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədini daşıyır.Dövlət Bayraq Meydanı ilə tanışlıq zamanı gənclərə kompleksin yaranış tarixi barədə geniş məlumat verilib və bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycanda 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilməyə başlanılıb. Həmçinin, 1 sentyabr 2010-cu il tarixində Dövlət Bayraq Meydanının açılış mərasimi həyata keçirilib.Daha sonra gənclər Dövlət Bayraq Meydanı muzeyini gəzərək, oradakı eksponatlarla tanış olublar. Ümummilli Lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri prezident ştandartı (bayrağı), Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, mərasim geyimləri və Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920 ci illərdə Türkiyədə yerləşən səfirliyinin üzərində dalğalanan bayraq gənclərin xüsusi marağına səbəb olub və diqqətini çəkib. Həmçinin gənclər Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən tarixən Azərbaycan xalqının sahib olduğu bayraqlarla yaxından tanış olublar.
sia.az