Bu gün YAP Gədəbəy rayon təşkilatı Rayon İcra Hakimiyyəti (RİH) ilə birlikdə Dövlət Bayrağı günü münasibətilə geniş tədbir keçirib. YAP Gədəbər rayon təşkilatından SİA-ya verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdiblər. Daha sonra tədbir Aşıq Musiqi Məktəbinin geniş iclas zalında davam etdirilib.Tədbiri giriş sözü ilə açan RİH-i başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarının 1918-ci il iyunun 24-də verildiyini və 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayıb.Azərbaycan Demokratik Respublikası Parlamentinin ilk dəfə birinci iclasında, 07 dekabr 1918-ci ildə Azərbaycanın üçrəngli bayrağı ucaldılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: " Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. 2008-ci il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib. Həmin gün əmək məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kim ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı meydanı salınıb.Natiq çıxışının sonunda tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vətən müdafiəsinə gedən əsgərlərimiz vətənə sadiq qalacaqlarına inam üçün dövlət bayrağına and içirlər ki, bu da bayrağımızın müqqədəsliyindən xəbər verir.
sia.az