PDF Oxu

Siyasət

  • 26

Mübariz Qurbanlı: “YAP-ın əsas qayəsi Azərbaycanın tərəqqisi üçün görülən işlərə yaxından köməklik göstərməkdir”

Mübariz Qurbanlı: “YAP-ın əsas qayəsi Azərbaycanın tərəqqisi üçün görülən işlərə yaxından köməklik göstərməkdir”

"Bizim əsas qayəmiz partiyamızın sədri Cənab İlham Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi, uğurları istiqamətində gördüyü işlərə yaxından köməklik göstərməkdir". Bunu Səs TV-yə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Partiyanın İdarə Heyətinin növbəti iclasında müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.Partiya rəsmisinin sözlərinə görə, İdarə Heyətinin iclasında hər zaman cari məsələlər, qarşıda duran vəzifələr müzakirə edilir və müvafiq qərarlar qəbul edilir: "Həmçinin, bu iclasda da bir sıra məsələlər müzakirə olunub. Əsas müzakirə olunan məsələlərdən biri partiyanın müvafiq komisyalarının yaradılması oldu. Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi partiyası olmaqla altı yüz mindən çox insanı özündə cəmləşdirib. Ölkəmizin bütün bölgələrində, ərazilərində YAP-nın rayon təşkilatları, ilk təşkilatları fəaliyyət göstərməkdədir. Eyni zamanda, Milli Məclisdə ən çox üzvlə təmsil olunan partiyadır. Milli Məclisdə qəbul olunan qanunlar, cəmiyyətdə gedən proseslər, ölkəmizdə bu və ya digər məsələlərin müzakirəsi bütün bunlar Yeni Azərbaycan Partiyasının iştirakı olmadan mümkün deyil".Mübariz Qurbanlı bildirib ki, iclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub.

Yaradılan 12 komissiyanın adları və rəhbərləri belədir:

- İqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri);

- Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri);

- Humanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov("Azərsutikinti" ASC-nin sədri);

- Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmov (millət vəkili, BDU-nun rektoru);

- Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev(mədəniyyət və turizm nazirinin müavini);

- Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva(YAP Qadınlar Şurasının sədri);

- Regional inkişaf üzrə komissiyanın sədri Arif Rəhimzadə (Milli Məclisin Regional məsələlər komitəsinin sədri);

- Beynəlxalq əlaqələr üzrə komissiyanın sədri Bahar Muradova (Milli Məclisin sədr müavini);

- Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov(Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri);

- Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev(Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü);

- Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı);

- Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov(YAP İdarə Heyətinin üzvü).

YAP rəsmisi əminliklə söyləyib ki, bundan sonra da partiyanın icra katibi, icra katibinin müavinləri partiyanın ictimai siyasi həyatında daha yaxından, daha fəal, daha geniş iştirak edəcək.

sia.az

Digər xəbərlər