Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayonunun ilk partiya təşkilatlarının aktiv gəncləri iştirak ediblər.YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, bayraq dövlətin əsas rəmzlərindən biridir.Ümummilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur" sözlərini xatırladan B.Nəbiyev vurğulayıb ki, bayraq sevgisi hər kəsin qəlbində yaşamalıdır.Sonra gənclər Yasamal rayonu ərazisində Dövlət Bayrağı Günü münasibətilə aksiya keçiriblər. Onlar dövlət bayrağımızı şəhər sakinlərinə paylayıblar.YAP Yasamal rayon təşkilatı GB-nin sədr müavini Elməddin Əmirov bildirib ki, bu aksiyanın keçirilməsində əsas məqsəd dövlət bayrağımızı gənclərə sevdirməkdən ibarətdir: "Aksiyada 30-dan çox fəal gənc iştirak edir. Aksiyada 2000-dən çox bayraq Bakı şəhər sakinlərinə paylanılıb".Qeyd edək ki, şəhər sakinləri bu aksiyanı çox yüksək qiymətləndirdiklərini vurğulayıblar.
sia.az