"Prezident Barak Obama Azərbaycan prezidenti İlham Əliyevlə strateji tərəfdaşlığa dair önəmli məsələlərin müzakirələrinin davam etdirməsini səbirsizliklə gözləyir". Bunu politoloq Elman Nəsirli SİA-ya verdiyi açıqlamasında qeyd edib.Politoloq bildirib ki, ABŞ prezidenti azərbaycanlı həmkarını strateji tərəfdaş dövlətin rəhbəri kimi tanıdığını bildirir və bu halda işlədilən "səbirsizliklə gözləyirəm" ifadəsinin də strateji yükü vardır: "Barak Obama daha sonra, ikitərəfli münasibətlərin xarakterini yüksək qiymətləndirərək onun lokal deyil, məhz regional təhlükəsizliyə töhfə verdiyini vurğulayıb. Zənnimizcə, bu kifayət qədər ciddi qiymətdir. Digər baxımdan, ABŞ prezidenti Azərbaycanda iqtisadi və sosial tərəqqinin əldə edildiyini etiraf edir və bunu alqışladığını bildirir. Bununla da, heç şübhəsiz, ABŞ lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bu uğurların qazanıldığını etiraf və təqdir edir. Bununlıa yanaşı, ABŞ və Azərbayacanın ortaq cağırışlara qarşı mübarizədə də tərəfdaşlar olduğunu vurğulayır və bu kontekstdə Əfqanıstanda əməkdaşlıq və bütövlükdə terrorçuluğa qarşı birgə mübarizə prosesini dəstəklədiyini bildirir".Ümumilikdə təbrik məktubunda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində danışıqlar və sülh yoluna sadiq qaldığı və bu kontekstdə tarixi fiursətdən yararlanmağın vacibliyinin də vurğulandığını xatırladan Elman Nəsirli qeyd edib ki, Prezident Barak Obamanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "tarixi fürsət" ifadəsini işlətməsi kifayət qədər maraqlı yanaşmadır: "Bu ifadədə deyərdim ki, uzaqgörənlik aydın sezilir".
sia.az