Yeni Azərbaycan Partiyası (YAP) və hakim partiyanın Gənclər Birliyi ənənəvi olaraq ildə iki dəfə qanvermə aksiyası keçirir və bu aksiyalarda 200-300 gənc iştirak edir". Bu barədə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qanvermə aksiyası ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.Onun sözlərinə görə, bu aksiya ölkəmizdə fəaliyyət göstərən Qan Bankına köməklik məqsədi daşıyır: "Qan ehtiyatının çox olması, qana ehtiyacı olanlar üçün müsbət bir haldır. Ölkəmizdə talessemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar var ki, onların müalicəsində qana çox ehtiyac var. Ona görə də biz çalışırıq ki, bu aksiyada fəal iştirak edək".Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və hakim partiyanın Gənclər Birliyi növbəti möhtəşəm humanitar aksiya həyata keçirib. Qanvermə aksiyasında YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak ediblər.
sia.az