Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21 illiyi və partiyanın Nizami rayon təşkilatının 20 illik yubileyi münasibətilə "Zəngi" ərazi ilk partiya təşkilatında tədbir keçirilib.Çıxış edən YAP Nizami rayon təşkilatının "Zəngi" ərazi ilk partiya təşkilatının sədri Bayram Heydərov bildirib ki, ötən 20 ildə Yeni Azərbaycan Partiyası qələbələrlə zəngin, şərəfli bir tarix yaşayıb. Onun sözlərinə görə, YAP tarixi zərurətdən yaranıb: "Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən biri də bugünkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən YAP-ın yaradılmasıdır. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət edib. Bu gün də partiya özünün bu prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə ləyaqətlə nümayiş etdirir".YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında deyib ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoydu: "Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir".Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və digərləri partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən bəhs ediblər.Daha sonra tədbirdə YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında aktivlik nümayiş etdirmiş bir qrup partiya üzvünə Fəxri Fərmanlar verilib.
sia.az