PDF Oxu

Siyasət

  • 37

"Qanunun Ermənistan parlamentində müzakirəsinin heç bir mənası və nəticəsi ola bilməz"

"Qanunun Ermənistan parlamentində müzakirəsinin heç bir mənası və nəticəsi ola bilməz"

"Ermənistan parlamentində belə bir məsələnin müzakirəyə çıxarılmasının heç bir mənası və nəticəsi ola bilməz. Çünki tanınmaq prosesi başlasa, Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək". Bu fikirləri SİA-ya açqılamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Ermənistan parlamentində bu gün "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bu addımı ilə danışıqlar prosesinə ən böyük zərbə vuran tərəf kimi qiymətləndiriləcək: "Ermənistan dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərin tam formada pozulmasını biruzə verəcək. Yəni, bu, Ermənistan parlamentində yalnız və yalnız papulist və hansısa dairələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil. Biz dəfələrlə Ermənistana və dünya güclərinin nəzərinə çatdırmışıq ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq qanun çərçivəsində həllinə hazırıq. Ancaq Ermənistan parlamenti bu cür qərarları gündəmə gətirməklə danışıqlar aparmaq və sülh yolu ilə məsələni həll etmək iqtidarında olmadığını ifşa edir. Bütün bunlara görə də hesab edirəm ki, bunun heç bir nəticəsi olmayacaq. Hətta, hər hansı nəticə olsa belə, bu, ancaq Ermənistanın özünə mənfi təsir göstərəcək".

sia.az

Digər xəbərlər