PDF Oxu

Siyasət

  • 17

Sərraf Balaxan: “Bəzi gənclər var ki, onlar doğru yola istiqamətləndirilməlidir”

Sərraf Balaxan: “Bəzi gənclər var ki, onlar doğru yola istiqamətləndirilməlidir”

"Bizim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq üzərimizə düşən bir məsuliyyət də vardır, bu aldadılmış və enerjisi səhv istiqamətdə sərf edilən gənclərə əsl həqiqətin nədən ibarət olduğunu göstərməkdən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan söyləyib.S.Balaxan həmçinin bildirib ki, YAP Gənclər Birliyi olaraq dövlətimizin inkişafı ilə, daxili və xarici siyasətdə əldə edilən uğurlarla, davamlı inkişafımızla bağlı mütəmadi maarifləndirmə tədbirləri keçiririk: "Tədbirlərimizin gənclər arasında yayılması üçün atdığımız bütün addımları gənclərin daha çox cəmləşdikləri sosial şəbəkələrdə və internet forumlarında paylaşırıq. Öz yolundan sapdırılmış gənclərin dövlətə, millətə qarşı olan bir ruhda tərbiyə edilməsini həyata keçirən istənilən təşkilat və ya partiya bu işdə məsuliyyət daşıyır. Biz inanırıq ki, zaman ötdükcə reallığı dərk edən gənclər dövlətimizə, millətimizə əks olan, milli maraqlarımızı ayaqlar altında qoyan şəxslərin və ya birliklərin deyil, məhz dövlətin qorunması və inkişafı üçün çalışan gənclərin yanında olacaqlar".

sia.az

Digər xəbərlər