PDF Oxu

Siyasət

  • 23

Millət vəkili: “Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi münasibətlərin əhəmiyyətindən xəbər verir”

Millət vəkili: “Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi münasibətlərin əhəmiyyətindən xəbər verir”

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə növbəti səfərinin faydalı olacağına inanıram. Çünki Azərbaycanla-Türkiyə arasında müzakirə olunacaq məsələlər çoxdur". Bunu SİA-ya millət vəkili, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, Türkiyə və Azərbaycanı din və dillə yanaşı, ümumi maraqlar birləşdirir: "Azərbaycan Prezidenti İlham Əliyev ikinci dəfə ölkə başçısı seçiləndə ilk xarici səfərini məhz Türkiyəyə edib. Cənab Prezidentin üçüncü dəfə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra da ilk xarici səfərini Türkiyəyə etməsi qardaş ilə münasibətlərin əhəmiyyətindən xəbər verir. Çünki, Türkiyə bizim üçün qardaş ölkə və strateji müttəfiqdir".

sia.az

Digər xəbərlər