PDF Oxu

Siyasət

  • 24

Rasim Musabəyov: “Serj Sarkisyan rejimi bu məsuliyyətin altına girmək istəmir”

Rasim Musabəyov: “Serj Sarkisyan rejimi bu məsuliyyətin altına girmək istəmir”

"Ermənistanın hakim partiyası, Xarici İşlər Nazirliyi dəfərlə bunun yersiz olduğunu bəyan edib". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Ermənistan parlamentində "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib."Bu mənada hesab etmirəm ki, "İrs" Partiyasının bu təşəbbüsü reallığa çevrilsin. Təbii ki, bu məsələləri Ermənistan müxalifətinin bir qrup nümayəndəsi ortaya atıb. Amma hakim partiya isə iddia edir ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini poza bilər. Bu, dəfələrlə erməni müxalifətçiləri tərəfindən irəliyə atılan cəhdlərdir. Lakin bütün bunlara baxmayaraq, Serj Sarkisyan rejimi bu böyük məsuliyyətin altına girmək istəmir" – deyə, politoloq sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər