PDF Oxu

Siyasət

  • 24

Əliməmməd Nuriyev: “Azərbaycanın qoşulduğu konvensiyalar konstitusiyanın tərkib hissəsidir”

Əliməmməd Nuriyev: “Azərbaycanın qoşulduğu konvensiyalar konstitusiyanın tərkib hissəsidir”

"Konstitusiya Azərbaycanda qüvvələr nisbətinin nəticəsi kimi meydana çıxıb və ölkənin "Yol xəritə"si kimi qəbul olunmalıdır". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, konstitusiyada ölkədəki inkişafı, gələcək prespektivləri nəzərdə tuta bilən normalar mövcuddur: "Bu baxımdan da Azərbaycan Konstitusiyası bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu fərqlənmədən biri odur ki, insan hüquq və azadlıqları ölkə konstitusiyasının ilk fəsillərindədir. Bütövlükdə isə 48 maddədən artıq norma insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Bununla belə buradakı dəyişikliklər də insan hüquq və azadlıqlarının qorunmasının, müdafiəsinin artırılması istiqamətində cərəyan edib. Azərbaycan Konstitusiyanın başqa bir xüsusiyyəti onun birbaşa hüquqi qüvvəyə malik olmasıdır. Eləcə də konstitusiyanın mühüm tərkib hissəsi onun beynəlxalq normaları və prinsipləridir. Azərbaycanın ratifikasiya etdiyi normalar, qoşulduğu konvensiyalar ölkə konstitusiyasının tərkib hissəsidir. Əgər Azərbaycanda mövcud olunan qanunlarla beynəlxalq normalar arasında hər hansı ziddiyət yaranarsa, bu zaman beynəlxalq normalar tətbiq olunacaq. Digər ən vacib məsələ Konstitusiyada hakimiyyət bölgüsü məsələsidir. Təbii ki, bu da çox mühüm amildir. Əslində, müasir dövlətçiliyin mühüm demokratik əsaslarından biri də hakimiyyət bölgüsü ilə bağlıdır. Bununla belə Prokurorluğun Ədliyyə sistemində göstərilməsi vacib amillərdəndir. Hətta bir çox ölkələrin Konstitusiyasında Prokurorluq ayrıca bir institut kimi təsis olunub. Amma bu Azərbaycanda Ədliyyə, məkhəmə sisteminin tərkibindədir".

sia.az

Digər xəbərlər