PDF Oxu

Siyasət

  • 25

Ziyad Səmədzadə: 2014-cü ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir

Ziyad Səmədzadə: 2014-cü ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir

"2014-cü ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir. Büdcə ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib. Onun sözlərinə görə, aparılan uğurlu siyasətin məntiqli nəticəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığı ciddi şəkildə azalır.

"2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 32 milyard manat təşkil edib. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər